Əriştəli şorbanın HAZIRLANMA QAYDASI

Aile.lent.az yarım saata hazırlanan əriştəli şorba reseptini təqdim edir. Şorba dadlı və doyumlu olmaqla yanaşı, həm də bədəninizin su tarazlığını qarşılayacaq.

 

Lazım olan ərzaqlar:

 

- 1 stəkan əriştə

- Yarım soğan

- Yarım çay stəkanı yaşıl mərcimək

- 2 diş sarımsaq

- 1 ədəd pomidor

- 1 ədəd bibər

- 1 xörək qaşığı ölçüsündə duru yağ və kərə yağı

- 5 stəkan su

 

Hazırlanması:

 

Soğan və sarımsaqları xırda doğrayın. Pomidorun qabığını soyun, bibərin saplağını və toxumlarını təmizləyin, sonra eyni ölçüdə doğrayın. Yağlar qazana tökün. Üzərinə sarımsaq, soğan və əriştəni əlavə edib qovurun. Soğan qızarana yaxın üzərinə doğradığınız pomidor və bibəri, duzu əlavə edib qarışdırın. Daha sonra yaşıl mərcimək və tomatı da qatıb 3-4 dəqiqə qovurmağa davam edin. Son olaraq 5 stəkan suyu əlavə edərək 20 dəqiqə bişirin. 

Üzərini cəfəri və limonla bəzəyib servis edə bilərsiniz.

 

Nuş olsun!

LENT

28 Mart 2017
27 Mart 2017
25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
22 Mart 2017
21 Mart 2017
20 Mart 2017
18 Mart 2017