Ballı-limonlu keks – HAZIRLANMA QAYDASI

Ailem.az bu dəfə xanımlara ballı-limonlu keksin reseptini təqdim edir. Siz də sınaqdan keçirib bişirin. Dadını bəyənəcəksiniz. Üstəlik hazırlanması da asandır.

 

Ərzaqlar:

 

200 qr un (2 su stəkanı)

50 qr kərə yağı (1 dolu yemək qaşığı)

yarım çay stəkanı süd

1 çay stəkanı bal

1 limon qabığı rəndəsi

Dörddə bir limonun suyu

1 paket qabartma tozu

1 paket vanil

 

Hazırlanması:

 

Kərə yağı və südü bir tavaya töküb isidin. Kərə yağı əriyəndə balı əlavə edin.

Digər ərzaqları başqa bir qaba tökərək qarışdırın. Kərə yağı-bal qarışımını da qatıb mikserlə çırpın. Yağlanmış kiçik sini, qəlib və ya mafin qablarına boşaldın. 175 dərəcədə əvvəlcədən qızdırılmış sobada qızarana qədər bişirin.

Keks qızardıqdan sonra ortasına bir diş çöpü batırın. Əgər çöpün ucunda xəmir yoxdusa, deməli, bişib, sobadan çıxarın ki, qurumasın.

 

Nuş olsun!

 

LENT

26 Aprel 2018
25 Aprel 2018
24 Aprel 2018
23 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018