Mədə xorasını müalicə edir, viruslardan, xərçəngdən qoruyur... – HEYVANIN MÖCÜZƏVİ FAYDALARI

Heyva tərkibində olan bioloji aktiv maddələrin sayına görə tumlu meyvələr arasında ilk yerlərdə sayılır. O, pektin, alma turşusu, limon turşusu, tartran turşusu, müəyyən miqdarda karotin və askorbin turşusu ilə zəngin bir məhsuldur. Bundan əlavə heyvanın tərkibi  PP, E, B1, B2, B6 vitaminləri, dəmir, mis, kaliy, maqniy, fosfor, marqanes, nikel, bor kimi mikroelementlərlə zəngindir.

 

Bu meyvə tərkibində xolesterin, yağ və natrinin olmamasına görə ideal dietik qida sayılır. Gözəl ətrə və dada malik olması ilə bərabər bu meyvə öz müalicəvi xüsusiyyətləri ilə bir çox məhsulları üstələyir. Tərkibi vitamin və minerallarla zəngin olan heyva qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Bu meyvə nə qədər dadlıdırsa, bir o qədər də sağlamlıq üçün faydalıdır. Ailem.az heyvanın faydalarını sadalayır.

 

- Tərkibi selüllozla zəngin olduğuna görə qidanın həzminə kömək edir, bu isə onu arıqlamaq istəyən insanların ideal qida siyahısına daxil edir.

 

- Heyva C vitamini ilə zəngin olduğundan orqanizmin immun sistemini gücləndirir. Bu vitamin ürək xəstəlikləri təhlükəsinin də azalmasına səbəb olur.

 

- Heyva viruslara qarşı mübarizədə ən yaxşı vasitələrdən biridir. Antivirus xüsusiyyətlər toplusuna malik olduğuna görə, qriplə mübarizədə özünü yaxşı göstərir.

 

- Bu meyvənin tərkibində dəmir çox olduğuna görə, anemiya zamanı olduqca faydalıdır.

 

- Heyva mədə və bağırsaqları gücləndirir. Yapon təcrübələrinə əsasən, heyva mədə xorasını müalicə edir. Heyvanın mət və şirəsini qusma əleyhinə bir vasitə kimi qəbul etmək olar. Həmçinin, heyvanın tərkibində pektin və aşılayıcı maddələr vardır ki, onlar bağırsaqları təmizləyir, mədə-bağırsaq sisteminin iltihab əleyhinə proseslərinə kömək edir, orqanizmdən kanserogen maddələr və toksinlərin çıxarılmasını təmin edir.

 

 - Sinir sisteminə müsbət təsir göstərir. Tərkibində sərbəst radikallarla mübarizə apara və xərçəngin yaranma təhlükəsini azalda bilən çoxlu sayda antioksidantlar vardır. Heyvanın stresslə mübarizə aparması və təbii sakitləşdirici vasitə kimi təsiri təəccüblü deyil.

 

- Heyva dərinin sağlam və gümrah qalması üçün də xeyirlidir. Heyvanın şirəsindən kosmetik vasitə kimi istifadə etməklə üz dərisinin gözəl görünməsinə nail olmaq olar. Bu vasitə yağlı dərilər üçün daha effektlidir.

 

- Qaraciyərin fəaliyyətini normallaşdırır.

 

- Orqanizmin toksinlərdən və zərərli maddələrdən təmizlənməsinə kömək edir.

 

- Müntəzəm istifadə etməklə qanda “pis” xolesterinin miqdarını aşağı salmaq mümkündür.

 

- Yüksək qan təzyiqini aşağı salmaq üçün heyvadan istifadə əhəmiyyətlidir.

 

- İltihablar zamanı, xüsusilə tənəffüs sisteminin iltihabında heyvadan istifadə müsbət nəticə verir. Heyva dənələrini qaynadıb, suyunu içmək öskürəyi azaldır.

 

Qəbzliyi olanlar heyvadan məhdudiyyətlə istifadə etməlidirlər.

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017