Bu ölkədə evli cütlüklər sekslə məşğul olmur - ARAŞDIRMA

Aparılan araşdırmalar nəticəsində yaponların seksə qəribə münasibət göstərdikləri ortaya çıxıb. Belə ki, Yaponiyada evli cütlüklərin yarısının bir aydan uzun müddət cinsi əlaqədə olmadığı məlum olub. Üstəlik onlar seksi bu cür adlandırırlar - “sayanora”, yəni “sağ ol, hələlik”.

 

Ailem.az xarici KİV-ə istinadən bildirir ki, Yaponiyada ailə planlaşdırması birliyi tərəfindən aparılan araşdırma zamanı cinsi həyat yaşamayan çox sayda cütlük aşkarlanıb. Araşdırmaya əsasən, qadınların 22 faizdən çoxu cinsi əlaqənin çox zəhmətli olduğunu söyləyiblər. Kişilərin isə 35,2 faizi seksin yorucu olduğunu açıqlayıblar.

 

Araşdırmaya qatılan digər insanlar da seksin zaman itkisi olduğunu, görüləcək daha önəmli işlərin olduğunu dilə gətiriblər.

 

Araşdırmaçılar isə ölkədə yaranmış bu vəziyyətdən doğum səviyyəsinə təsir etməsi baxımından olduqca narahatlıq duyduqlarını bildiriblər. 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017