Xurma sirkəsi necə hazırlanır? - RESEPT

Orta Asiya ölkələrində olduqca məşhur olan xurma sirkəsi Azərbaycanda da tanınmağa başlayıb. Bəs xurma sirkəsinin faydaları hansılardır, necə hazırlanır? Ailem.az bu barədə məlumat verir.

 

Min illərdir yetişdiyi torpaqlarda hər şəkildə dəyərləndirilən xurma sirkə halında da çox faydalıdır. Xoş qoxulu bu sirkə salatlarda geniş şəkildə istifadə edilir, yeməklərə də vurulur.

 

Xurma sirkəsi pomidor turşuları kimi qarışıq turşularda da istifadə edilir. İlıq su ilə qarışdırılan xurma sirkəsi ilə içki də hazırlaya bilərsiniz.

 

Dərini gözəlləşdirib qidalandıran xurma sirkəsi ona parlaqlıq verir. İmmunitet sistemini də gücləndirir, zehni yorğunluğa kömək edir. Ağız içində çıxan müxtəlif yaraları da sağaldır. Bədənimizdə yaranan açıq yaraların üzərinə sürtüldüyündə sağaldıcı təsirə sahibdir. 

Qan şəkərini tənzimləməkdə olduqca təsirli olan xurma sirkəsi metabolizmanı tənzimləyir, yağ yandırmanı da sürətləndirir.

 

Xurma sirkəsi necə hazırlanır?

 

20-25 ədəd quru xurmanı yaxşıca yuyun. Daha sonra tam dolmayacaq şəkildə orta ölçüdə bir balona yığın. Ardından balonun ağzına üç barmaq qalacaq şəkildə su əlavə edin. Nazik bir bezlə ağzını örtün və 35–40 gün sərin və işıq düşməyən yerdə saxlayın.

Vaxt tamam olanda balonun üstündə tortalar yarandığını görəcəksiniz. Süzüb təkrar balona yığın qapağını bərk bağlayın. Sirkəni 1 gün daha saxlayandan sonra istifadə edə bilərsiniz.

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017