Şalınızı belə bağlayın - DƏBLİ MODELLƏR

Hər cür paltarların dəbi olduğu kimi, şal bağlama modellərinin də dəbi var. Bu il hər yerdə gördüyümüz adyal naxışlı şallar soyuq qış günlərində fərqli şal bağlama modelləri ilə bizi həm isti tutacaq, həm də dəbli göstərəcək. Ailem.az sizə fərqli şal bağlama üsullarını göstərir.

 

Qandal şal bağlama modeli

 

Qandal şal bağlama modelini əldə etmək üçün kvadrat formada olan şalı açın və iki çarpaz ucu birləşdirərək üçbucaq əldə edin.

 

Fotoda da göründüyü kimi, üçbucağın geniş tərəfi çənə nahiyənizə gələcək şəkildə, incə uclardan şalı geriyə çəkin.

 

İki ucu çiyninizdə çarpaz gələcək şəkildə bir-birinə əks keçirin və iki ucu birdən ön tərəfə gətirin.

 

 

Üçbucağın altında iki incə uc olmalıdır.

 

 

Bu iki ucu üçbucağın altında bağlayın və getməyə hazırsınız.

 

 

 

Düyün şal bağlama modeli

 

Düyün şal bağlama modeli üçün kvadrat şəklindəki şalı açın və iki çarpaz ucu birləşdirərək üçbucaq əldə edin.

 

 

Üçbucağın geniş tərəfi çənə səviyyənizə gələcək şəkildə, incə uclardan şalı geriyə çəkin.

 

 

 

Təkrar iki ucu çiyninizdə çarpaz şəkildə bir-birinə zıdd keçirin.

 

 

Önə aldığınız ucları bu dəfə üçbucağın üstündən bağlayaraq daha hərəkətli bir görünüş əldə edə bilərsiniz.

 

Hörük modeli

 

 

Kvadrat şəklindəki şalı açın və iki çarpaz ucu birləşdirərək üçbucaq əldə edin. Bu üçbucağı fotoda göründüyü kimi bağlayın.

 

 

 

Qatladığınız şalın tam ortasından əlinizi keçirin və şalı çiyninizə alın.

 

 

Uclardan birini şalın ortasını tutduğunuz yerdən keçirin.

 

 

Yaranan dairəni öz içində çevirin və digər ucu da tutun.

İkinci ucu da burduğunuz dəlikdən çekin.

 

Kəmərli şal modeli

 

 

Üçbucaq hazırladığınız şalı çiyninizə salın.

 

 

Şalın üstünden kəmərinizi taxın və getməyə hazırsınız.

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017