Zəncəfilli kök şorbasının RESEPTİ

Soyuq havalarda hər kəs şorba bişirməyə üstünlük verir. Çünki şorbalar qışın soyuq havalarında içimizi isidərək, xəstəliklərə qarşı mübarizə aparmağımıza kömək edir. Ailem.az sizə zəncəfilli kök şorbasının reseptini verir.

 

Lazım olan ərzaqlar:

 

1 yemək qaşığı duru yağ,

1 soğan

2 yemək qaşığı rəndələnmiş zəncəfil

2 diş sarımsaq

2 çay qaşığı kakos

5 stəkan su

500 qr kök

400 qr quru lobya 

4 xörək qaşığı doğranmış badam

 

Hazırlanması:

 

Yağı böyük bir qazanda isidin. Doğranmış soğan, zəncəfil, sarımsaqları əlavə edərək yumşalana qədər qovurun.  Daha sonra suyu əlavə edərək doğranmış kök və lobyaları əlavə edin. Kök yumşalana qədər 20-25 dəqiqə qaynadın. Qarışımın üçdə birini bir qaba qoyun. Qalan hissəni əl blenderi ilə yaxşıca qarışdırın. İçinə digər hissəni töküb qarışdırın və bir az daha qaynadın. Servis etməzdən öncə üzərinə badamları və kakosu səpin.

 

Nuş olsun!

 

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017