2018-ci ilin idman ayaqqabı trendləri - FOTO

İdman ayaqqabıları artıq həyatımızın hər anında bir şəkildə yer edib. İdman ayaqqabılarına olan sevgimiz və rahatlıqları səbəbi ilə uzun müddət də dəbdən düşməyəcəyi bəllidir. Ailem.az sizi 2018-ci ilin idman ayaqqabı trendləri ilə tanış edir.

 

Platform

 

“Spice Girls” qızları ilə xatırladığımız platform idman ayaqqabıları böyük bir geri dönüş edir. 1990-cı illərdəki kobud versiyalarının yerinə 2018-in platformları daha şıq görünür. Platform idman ayaqqabısı geyinərkən tək diqqət etməyimiz lazım olan məqam təmiz olmasıdır.

 

Böyük bantlar

 

Xüsusilə yaz aylarında sıx görəcəyimiz bantlı idman ayaqqabıları söz mövzusu olduğunda həcm həqiqətən önəmlidir. Bantlar mümkün ola bildiyi qədər olmalıdır.

 

Rəngli

 

Rəngli deyərkən burada iki və ya üç rəngdən bəhs etmirik. Demək olar ki, hər rəngdən bir az tapa biləcəyiniz idman ayaqqabılarından söhbət gedir. Bu ayaqqabılara baxmaq belə, insanın kefini açır.

 

Klassiklər



İkonik stillər zamansız və yaxşı bir yatırım olduqlarını sübut edir. Klassik parça ayaqqabılardan düz, ağ idman ayaqqabılarına qədər bir çox ikonik ayaqqabı bu il də dəb sektorunda hökm sürməyə davam edəcək.

 

 

LENT

26 Aprel 2018
25 Aprel 2018
24 Aprel 2018
23 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018