Heyvan “tətil” edirsə, depressiyaya girir

Fransada aparılan bir araşdırma sübut edib ki, sahibləri ilə birgə istirahətə gedən heyvanlar tətildən sonra neqativ hərəkətlər edir. Araşdırmaya siam pişiyi ilə qatılan Filip Uzan bildirib ki, tətildən evə qayıdandan sonra pişik bir neçə gün yatağını və xalçanın üstünü kirlədib.

 

Alman qurd it sahibi olan Monique Gastinel də deyib ki, istirahətdən qayıdandan sonra iti narazı görünür və onun əmrlərini yerinə yetirmir. Heryvan psixoloqu mütəxəssisi Aline Auble isə deyib ki, bu, heyvanlar üçün normal durumdur. Çünki onlar da insanlar kimi yeni yerlər görməyi, yeni insanlarla tanış olmağı arzulayırlar.

 

Psixoloq hesab edir ki, tətildən sonra şıltaqlıq edən heyvanları cəzalandırmaq əvəzinə, onlara yeni oyuncaqlar alınmalı, evdə qalmağın gözəllikləri aşılanmalıdır. Araşdırmanı imzalayan Celine Moussour isə deyib ki, bu müddətdə yemək yeməyi rədd edən və damlarından çıxmaq istəməyən heyvanları buna məcbur etmək doğru deyil.(musavat.com)

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018