Kleopatranın gözəllik sirri – MASKALAR

Qüsursuz dərisi ilə dillərə dastan olan Misir kraliçası Kleopatra bu gözəlliyə necə nail olurdu?  Ailem.az kleopatranın gözəllik maskalarını təqdim edir.

 

 

Üzümlü maska

 

 

Bir ovuc yaşıl üzümü yaxşıca əzin və içinə 2 qaşıq bal tökün.

Təmiz dərinizə masaj edərək vurun. 15 dəqiqə saxladıqdan sonra durulaya bilərsiniz.

 

 

Kelopatra, bədənindəki ölü dəriləri təmizləmək üçün həftədə 1 dəfə süd vannası qəbul edib. 3 stəkan südə yarım stəkan bal və 5 xörək qaşığı badam yağı töküb qarışdırın. Bu qarışımı hamamlanan zaman suyunuza tökün və bütün bədəninizə masaj edərək ölü dəriləri təmizləyin.

 

Kelopatranın ən sevimli qulluq vasitələrindən biri isə qızılgül suyudur. Dərinin nəmləndirilməsini də təmin edən qızılgül suyunu bir sprey şüşəsinə tökün. Hər gecə yatmazdan qabaq mütləq bütün dərinizə vurun.

 

Keçmiş zamanlardan bu günə qədər alma sirkəsinin dəriyə faydaları hər kəs tərəfindən bilinir. Kelopatra da dərinin qan dövranını sürətləndirmək üçün alma sirkəsini tonik olaraq istifadə edirdi. 

LENT

23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018