Cinsi problemi olan kişilərin nəzərinə: Gündə 1 aspirin içsəniz...

Gündə 1 aspirin içməyin kişilərin cinsi həyatına inanılmaz fayda verdiyi ortaya çıxıb.

 

Ailem.az bildirir ki, Türkiyədə aparılan bir araşdırmaya əsasən aspirin kişilərdə ereksiya pozuqluğunu (erektil disfunksiya) müalicə edə bilər. Belə ki, 6 həftə boyunca gündə sadəcə 100 mq aspirin kişilərdə qan dövranı problemlərini aradan qaldırır.

 

Çalışma üçün bir araya gətirilən yaşları təxminən 48 olan 184 kişinin 70 faizi ereksiya problemi yaşayırlar. 6 həftəlik müalicə boyu 120 kişi aspirin istifadə edib. Və sonda onlardan aşağıdaki suallar soruşulub:

 

1. Partnyorunuzla cinsi əlaqəniz vardı?

 

2. Müvəffəqiyyətli bir cinsi əlaqə üçün ereksiyanız kifayət qədər uzun çəkir?

 

6 həftə ərzində hər gün aspirin istifadə edən kişilərin 88.3 faizi ilk suala, 78,3 faizi isə 2-ci suala "bəli" cavabını verib.

 

Qeyd edək ki, bu, qanın yaxşı dövran etməməsi nəticəsində kişilərdə ereksiya (sərtləşmə) problemlərinin yaranması ilə əlaqədar ilk araşdırmadır.


 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018