Sağlıq / Həkiminə yaz
A+
A
A-

Ürəyə xeyirli və ziyanlı qidalar

Müasir insanlar əksər hallarda “fast-fudların”, kafe və restoranların xidmətlərindən istifadə edərək, getdikcə daha az hallarda ev yeməkləri yeyirlər.Qeyd etmək lazımdır ki, “restoran” yeməkləri heç də gündəlik qida qəbulu üçün nəzərdə tutulmamışdır.

Ev yeməklərinə nisbətən, onların tərkibində yağlar daha çox olur. Piylənmənin əsas səbəblərindən biri də budur!

Yağlardan başqa, ev yeməklərinə nisbətən, belə yeməklərə daha çox duz da əlavə edirlər.Xörək duzunun (natrium xlor) artıq dərəcədə qəbul edilməsi isə arterial təzyiqin artmasına səbəb olur. Məsələ bundadır ki, xörək duzu orqanizmdə əlavə maye saxlamaq xüsusiyyətinə malikdir. Bu isə ürək və damar sisteminin daha artıq yüklənməsinə səbəb olur. Beləliklə, ilk növbədə ev yeməklərindən istifadə edilməsi daha yaxşıdır.

saglamolun.az

İkncisi isə, yeməklərə duzu mütləq az vurulmalı və stolun üstünə isə duz qoyulmamalıdır. Duzlu delikateslərə, konservləşdirilmiş tərəvəzlərə və s. bu kimi məhsullara gəldikdə isə, onları stolun üzərinə yalnız bayram günlərində qoymaq olar. Əgər proses çox dərin deyilsə, duzun məhtudlaşdırılması, dərman qəbul edilmədən də arterial təzyiqin normallaşmasına səbəb ola bilər. Hipertoniklər üçün yemək rasionunda duzun məhtudlaşdırılması – müalicə üsullarından biri hesab olunur.

Beləliklə, xörək duzu barədə hər şey aydındır. Bəs, yağların qəbulu necə olmalıdır? Yağların müəyyən miqdarda qəbul edilməsi orqanizm üçün vacib hesab edilir. Xolesterin, triqliseridlər və fosfolipidlər insan orqanizmində olan yağlardan hazırlanır. Hüceyrələrin divarının tərkibinə daxil olan bu maddələr, həmçinin cinsi hormonların hazırlanması və s. proseslərdə də vacib rol oynayırlar. Qida rasionunda yağların artıq olması qanda xolesterin və triqliseridlərin miqdarının artmasına səbəb olur ki, bu da aterosklerozun (piy qalıqlarının yığılması nəticəsində damar divarının qalınlaşması), hipertoniya xəstəliyinin və piylənmənin inkişaf etməsinə səbəb olur. Aterosklerozun ən qorxulu fəsadları isə miokardın infarktı, insultdur.

Qanda xolesterinin və triqliseridlərin konsentrasiyasının artmasına səbəb olan və insan orqanizmi üçün “zərərli hesab edilən yağlara” və qidalara, əsasən, heyvan mənşəli yağlar – yağlı ət, xüsusən də qırmızı ətlər (mal əti, qoyun və donuz ətləri), yumurta, yağlı süd məhsulları, kürü, heyvanların beyini və daxili orqanları aid edilir.

Xeyirli yağlara bitki yağları, balıq (qızılbalıq, tunes, skumbriya, sardina), toyuq, dəniz məhsulları, qoz, yarmalar və s. aiddir. Dietoloqların məsləhəti çox sadədir – qida rasionunuzda “qırmızı” əti, yağlı süd məhsullarını azaldın, onların əvəzinə isə xeyirli yağlara üstünlük verin.

Qızardılmış məhsullara yox, suda və ya buğda bişirilmiş yağsız ət növlərinə üstünlük verin. Əgər qızardılmış məhsullar olmadan keçinə bilmirsinizsə, qızardılma üçün az miqdarda bitki yağından (yaxşı olar ki, zeytun yağından) istifadə edin. Bu məqsədlə kərə yağından və piydən istifadə etməyin!

Yağlı xəmirdən hazırlanan məhsullardan, peçenyedən, kartof çipslərindən çox istifadə etməyin.

“Tropik” yağlarda (kokos, palma, palma çəyirdəyi) hazırlanan məhsulların qəbulunu məhtudlaşdırın.

Bildiyiniz kimi xörək duzu (natrium xlor) arterial təzyiqin qalxmasına səbəb olur. Kalium və maqnezium isə ürək üçün xeyirli elementlərdir. Belə ki, kalium ürək hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır, bədəndə olan artıq suyun xaric edilməsinə kömək edir, damarları genişləndirir. Bunun nəticəsində isə arterial təzyiq aşağı enir. Maqnezim da damarları genişləndirir, sinir sistemini sakitləşdirir, qanda xolesterinin miqdarının azalmasına kömək edir.

Ona görə də bu elementlərlə zəngin olan qidaları (ərik qurusu, ispanaq, qarabaşaq, buğda və yulaf sıyıqları, kartof, göyərti, qoz, üzüm, qara gavalı, qara qarağat, kakao) daha tez-tez hallarda yeməyə çalışın. Bundan başqa həkim təyinatına uyğun olaraq tərkibində kalium və maqnezium olan dərman preparatları da qəbul etmək olar.

Meyvələrdə, tərəvəzlərdə, yarmaların tərkibində olan sellüloz ürək üçün çox xeyirli hesab olunur. O, qanda xolesterinin miqdarının azalmasına səbəb olur. S vitamini qan damarlarının divarının möhkəmlənməsinə kömək edir.

Buna görə də daha tez-tez hallarda portağal, limon, kələm, şirin bibər, qara qarağat, itburnu dəmləməsi qəbul edin.

Ümumiyyətlə desək, əgər sağlam ürəyə sahib olmaq istəyirsinizsə, mümkün qədər çox miqdarda meyvə və tərəvəzlər, göyərtilər, müxtəlif yarmalardan hazırlanan sıyıqlar, yağsız süd məhsulları, balıq və dəniz məhsulları qəbul edin.

Tünd çay və qəhvə çox qəbul etmək olmaz – artıq dərəcədə qəbul edildikləri halda, onlar ürəyə ziyan vurmuş olurlar.

Məsləhət görülən məhsullar və yeməklər

Yarmalardan hazırlan yeməklər:

Çörək və çörək-bulka məhsulları –duzu az olan və ya duzu olmayan, dünəndən qalan kəpəkli buğda çörəyi, yağı və şirinliyi az olan peçenye, ağ çörəkdən hazırlanan suxarı.

Müxtlif sıyıqlar (yulaf, qarabaşaq və s.), makaron məhsulları.

Birinci yeməklər: yarmalardan, tərəvəzlərdən, süddən hazırlanan suplar.

Ət və balıq yeməkləri: yağlı olmayan dana əti, dərisi çıxarılmış hind quşu və toyuq əti, yağsız balıqlar.

Meyvə və tərəvəzlərdən hazırlanan müxtəlif növ yeməklər.

Süd məhsulları: yağsızlaşdırılmış süd, kefir, kəsmik.

Yumurtadan hazırlanan yeməklər: qidaya əlavə etmək üçün yumurtanın özü (həftədə 3 dənədən artıq olmamaqla), yumurtanın ağından hazırlanan yeməklər.

Şirin yeməklər (gün ərzində 100 qramdan artıq olmamaqla - şəkər hesabı ilə): bal, şəkər, kompotlar, kisellər, quru biskvit, mürəbbə, marmelad, zefir.

İçkilər: tünd olmayan çay, qəhvə, meyvə şirələri, şirin olmayan kompotlar, kisellər.

Ailem.az
413
Şərh yaz
Adınız
Email
Şərhlərinizdə dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməməlidir. Bu tələblərə cavab verməyən şərhlər yayımlanmayacaq.
6 yaşlı qızın qorxunc xəstəliyi - FOTOLAR
Xəstəliyi ucbatından onu heç kim öpmür
Masajın inanılmaz FAYDALARI
Masaj nələrə xeyirdir bilirsinizmi?
DİQQƏT: Havaların dəyişməsi xəstəlik yaradır
Ani hava dəyişkənliyi insanı xəstə edir
Keçəl qalmaq istəmirsinizsə, bu qidalardan imtina edin - SİYAHI
Saçlarınıza zərərli olan 5 qida
Hər kəs üçün vacib məsləhət: dişlərinizi belə qoruyun
Dişinizi fırçalamayanda 1 dilim pendir yeyin
Dünyada belə insanların olduğuna inanmayacaqsınız - FOTOLAR
Qəribə insanlar
Günəşdən qorxmayın: günəşlənməyin inanılmaz faydaları
Günəş vannası qəbul etməzdən 15 dəqiqə əvvəl kök suyu içmək olar
Tibbi diaqnoz: hansı yaşda haranız ağrıyacaq?
Hər yaşın ağrısı fərqlidir
XƏBƏR LENTİ
22:21
Müğənnilərimiz harada istirahət edir? - SORĞU
21:35
Röya və oğlu dənizdə - FOTO
20:37
Anasına aşiq olan oğullar - PSİXOLOQ YAZIR
19:41
Məşhurların rədd etdiyi əxlaqsız təkliflər
18:51
Nazirlikdən çimərlik XƏBƏRDARLIĞI
18:24
"Facebook"dan daha bir yenilik
17:57
Nadir Qafarzadə oğluna qız axtarır - FOTO
17:35
Onlar 8 ildir Robinzon həyatı yaşayır - FOTOLAR
17:12
Yağlı saçlardan necə qurtulmalı? - MƏSLƏHƏT
16:45
Ağalarovların gözəl maliyyəçisi və Tağı İbrahimovun qızı - FOTOSESSİYA
16:21
“Ölüm qatarı”ndan dəhşətli görüntülər - FOTOLAR
15:57
Qısa ayaqlı xanımlar üçün 7 MODA TÖVSİYƏSİ
15:37
Tanınmış aparıcı efirdən gedir
15:15
Yayın ən rahat idmanı: üzgüçülük barədə bunları əzbərləyin!
14:47
Bayram namazının vaxtı açıqlandı
14:22
Qadınlar bu 10 filmə mütləq baxmalıdır - SİYAHI
13:58
“Titanik”in çılpaq Rouzu; ecazkar Keyt haqda bilmədikləriniz - FOTOSESSİYA
13:36
Elariz Məmmədovun qızı toydan sonra əriylə - FOTOLAR
13:15
İnsanların seksdən üstün tutduğu 6 şey - SİYAHI
12:53
Alimlər: həftədə 3 gün istirahət edin
12:36
İnsan bədənində şimpanze qədər tük var - BİLİNMƏYƏNLƏR
12:14
Qadınlar oxusun: ayaqlar üçün portağallı pilinq
11:53
Məşhur ingilis model reklam üçün soyundu - FOTOSESSİYA
11:32
Yoqanın FAYDALARI
11:14
Ronaldonun oğlu: “Mənə deyirlər, anan ölüb”
10:52
Rəqqasə Oksana Bollivud ulduzu ilə birlikdə - FOTO
10:26
İnanılmaz: 62 yaşlı qadın 9 yaşlı uşaqla ikinci dəfə evləndi - FOTOLAR
10:01
Şirlər üçün uğurlu gün - ULDUZ FALI
22:27
Faiq Ağayev: “Mən buna biganə qala bilmərəm”
21:35
İliyinə qədər sevgini hiss etmək
20:35
Putunin qızının FOTOSU rekord qırır
19:45
Ev heyvanlarına diqqət!
18:53
Gənc aktrisa evində ölü tapıldı - FOTO
18:24
Su iç, siqareti tərgit - MƏSLƏHƏT
17:59
Barmaq şaqqıltısının SƏBƏBİ
17:41
Dünya markasından 2014 ayaqqabıları - FOTOLAR
17:17
Qırışlar üçün təbii MASKALAR
16:54
4 yaşlı İmran Cəfərov Uşaq Paraolimpiyasına qoşuldu
16:30
Nadir Qafarzadə arvadına xəyanətdən danışdı - AÇIQLAMA
16:06
Yuxudan tez oyananlar... - ARAŞDIRMA
15:42
Bərdədə yeni doğulan əkizlər ölüb
15:24
Prezident, nəhayət, evlənir – FOTO
14:59
İbrahim Tatlısəs 10 milyondan imtina etdi
14:37
Şakira 100 milyonluq rekord qırdı
14:19
Seksual model Miranda Kerrin superlüks villası - FOTOSESSİYA
13:53
Qadınlarda cinsi istəyi artıran meyvə
13:39
Gözəl saçlar üçün 4 MƏSLƏHƏT
13:18
Qadın tam olaraq nə istəyir?
12:56
Çılğın qadın körpü ilə evlənib, ildönümü qeyd etdi - FOTOLAR
12:38
Şəkidə ilk dəfə şirniyyat festivalı keçirilib - FOTOLAR